(ona və ailəsinə salam olsun)
Ey Əli, məndən sonra on iki İmam olacaq və onlardan sonra da on iki Mehdi.
Ey Əli, sən on iki İmamın ilkisən. Uca Allah səni Öz səmalarında
Əli Əl-Murtəza (Allahın razı qaldığı), Əmirəlmöminin (möminlərin rəhbəri), Siddiqul-Əkbər (ən böyük doğru danışan), Faruqul-Əzəm (haqqı nahaqdan ayıran ən böyük hakim), Məmun (etibar edilən) və Mehdi (doğru yola yönəldilmiş) adlandırmışdır.Bu adlar səndən başqa heç kim üçün səhih deyil. Ey Əli, sən Əhli-Beytimin dirisi və ölüsü üzərində vəsimsən (qəyyumum), qadınlarım üzərində də: kimi saxlasan, sabah məni tapar və kimi boşasan, mən ondan bəri olaram. Qiyamətdə nə mən onu görəcəyəm, nə də o məni. Və sən məndən sonra ümmətimə Xəlifəmsən (canişinim).
Əgər vəfat vaxtın çatsa, onu oğluma,
əməlisaleh, çox əta edən Həsənə təslim et.
Onun da vəfat vaxtı çatsa, onu oğluma,
şəhid, pak, məqtul Hüseynə təslim etsin.
Onun da vəfat vaxtı çatsa, onu oğluna,
ibadət edənlərin ağası, dizləri qabarlı Əliyə təslim etsin.
Onun da vəfat vaxtı çatsa, onu oğluna,
Muhəmməd Baqirə (elmi aşkara çıxarana) təslim etsin.
Onun da vəfat vaxtı çatsa, onu oğluna,
Cəfər Sadiqə (doğru danışana) təslim etsin.
Onun da vəfat vaxtı çatsa, onu oğluna,
Musa Kazıma (qəzəbini udana) təslim etsin.
Onun da vəfat vaxtı çatsa, onu oğluna,
Əli Rzaya (razılıq qazanmışa) təslim etsin.
Onun da vəfat vaxtı çatsa, onu oğluna,
Muhəmməd Siqə Təqiyə (etibarlıya, Allahdan qorxana) təslim etsin.
Onun da vəfat vaxtı çatsa, onu oğluna,
Əli Nasihə (nəsihət verənə) təslim etsin.
Onun da vəfat vaxtı çatsa, onu oğluna,
Həsən Fazilə (fəzilətliyə) təslim etsin.
Onun da vəfat vaxtı çatsa, onu oğluna,
Ali-Muhəmmədin Müstəhfəzi (əmanətdarı) Muhəmmədə (onlara salam olsun) təslim etsin.
Bunlar on iki İmamdır.
Və ondan sonra on iki Mehdi olacaq. (Onun da vəfat vaxtı çatsa) onu oğluna, Mehdilərin ilkinə təslim etsin. Onun üç adı var: bir adı mənim və atamın adı kimidir, o da
Ğeybəti-Tusi, Şeyx Tusi, cild 1, səh. 174; Biharul-Ənvar, Əllamə Məclisi, cild 53, səh. 148